Otellərdə qalanların 44%-i Azərbaycan vətəndaşları olub – Rəsmi


Bu ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən illin eyni dövrü ilə müqayisədə 41,9% artaraq 779,4 min olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gecələmələrin 433,4 mini və ya 55,6%-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, 346 mini və ya 44,4%-i isə Azərbaycan vətəndaşlarının payına düşüb.
Qeyd edək ki, gecələmələrin ümumi sayının 64,7%-i Bakıda, 9,3%-i Qusarda, 4%-i Naftalanda, 3,9%-i Qubada, 3,6%-i Şabranda, 3%-i Qəbələdə, 1,8%-i Lənkəranda, 1,1%-i Gəncədə, 1%-i Naxçıvanda və 7,6%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top